• SİYASƏT

    09:47 15 aprel 2019

Novruz Məmmədov: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

"Azərbaycan sülhə və təhlükəsizliyə töhfə vermək üçün beynəlxalq platformalarda fəal iştirak edir".

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) açılış mərasimində Azərbaycanın Baş naziri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: "Azərbaycan və ABŞ regional və qlobal səviyyədə beynəlxalq terorrizmə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə fəaliyyət göstərirlər".

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayan Baş nazir qeyd edib ki, ölkənin bütün iqtisadi göstəriciləri müsbətdir: "Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard sərmayə qoyulub. İşsizlik isə 5 faiz səviyyəsindədir".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR