• SİYASƏT

    16:21 31 may 2019

Novruz Məmmədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabadda səfərdədir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 30-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Novruz Məmmədovu qəbul edib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərində, o cümlədən ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Bu gün N. Məmmədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR