Aprelin 19-u Sankt-Peterburqda MDB-nin Parlamentlərarası Assambleyasının 49-cu iclası keçirilib.
ONA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı iclasda Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə hüquq, iqtisadiyyat, maliyyə, elm və təhsilə aid 11 modal qanun layihəsi müzakirə olunub.
Təsdiqlənmiş sənədlər MDB ölkələrinin qanunlarında istifadə edilməsi üçün bu ölkələrin qanunverici orqanlarına təqdim edilib.
İclas çərçivəsində müdafiə, təhlükəsizlik, siyasi məsələlərə dair komissiyaların yığıncaqları da keçirilib.
Sonda tədbir iştirakçıları birgə mətbuat konfransı keçiriblər.