Aprelin 17-də Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti Rusiyaya səfər edəcək.
ONA-nın məlumatına görə, parlament nümayəndə heyəti Sankt-Peterburda MDB Parlamentlərarası Assambleyanın toplantılarında iştirak edəcək.
Səfər aprelin 19-da başa çatacaq.