• SİYASƏT

    14:44 3 may 2019

PA rəsmisi: "Azərbaycan tolerantlığın nadir məkanlarından biridir"

“Azərbaycan multikulturalizmin, tolerantlığın nadir məkanlarından biridir”.

ONA-nın xəbərinə görə, bunu Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə Prezident Administrasiyası (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.

“Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir. Azərbaycan dünya səviyyəsində multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edən azsaylı dövlətlərdəndir. Multikulturalizm etnik mədəni müxtəlifliyin müdafiəsinə yönəlib. Azərbaycan bu siyasəti illər boyu yürüdür”, - şöbə müdiri qeyd edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR