• SİYASƏT

    18:46 31 may 2019

Pakistan Prezidenti: "Qardaş Azərbaycan xalqı ilə birlikdə Pakistan xalqı da bu əlamətdar bayramı qeyd edir"

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ONA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram. Qardaş Azərbaycan xalqı ilə birlikdə Pakistan xalqı da bu əlamətdar bayramı qeyd edir.

Ölkələrimiz arasında daim inkişaf edən əməkdaşlığın səviyyəsini böyük məmnunluq hissi ilə qeyd edirəm.

Cammu və Kəşmir, eləcə də Dağlıq Qarabağ münaqişələrində ölkələrimizin bir-birinə verdiyi dəstək dövlətlərimizi birləşdirən güclü qardaşlıq münasibətlərinin təcəssümüdür.

Qardaş xalqlarımızın mənafeləri naminə əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində Zati-alinizlə sıx əməkdaşlıq etmək əzmindəyəm.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR