• SİYASƏT

    10:55 18 yanvar 2024

Parlament Azərbaycan hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib

Fransaya qarşı sanksiyalar tətbiq edilməsi təklif edilib.

ONA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib.

Eyni zamanda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR