Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
ONA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, indiyə qədər 55 min 492 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 52 min 858 nəfər dairə seçki komissiyalarında, 1434 nəfər isə MSK-da qeydiyyatdan keçib”.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.