Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
ONA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, hazırda bu proses davam edir.
MSK-nın iclasında o da bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1622 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb".