• SİYASƏT

    13:15 9 aprel 2019

Parlamentdə İrana yardım edilməsi təklif olunub

Millət vəkili Qüdrət Həsənquliyev daşqın və seldən əziyyət çəkən İrana yardım olunması təklifini irəli sürüb.

ONA-nın məlumatına görə, milət vəkili belə bir təkliflə bu gün Milli Məclisin plenar iclasında çıxış edib. Millət vəkili deyib ki, İran blokada şəraitindədir, yardıma ehtiyacı var. Q. Həsənquliyev Hesablama Palatası tərəfindən büdcədən mənimsənilən milyonlarla manat vəsaitin büdcəyə bərpa olunmasına diqqət çəkib: “Sıravi vətəndaş 5 min manat oğurlasa, o, cinayət məsuliyyətinə cəlb olunur. Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq məcburiyyətində qalanlar da məsuliyyətə cəlb olunmalıdır. Yoxsa mən oğurlayım, üstü açılsa, qaytarım prinsipi ilə yanaşırlar ki, belələri mütləq cəzalandırılmalıdır”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR