Dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək.
ONA-nın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.
Spiker deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: “İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq”.
Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.