Ermənistan-Azərbaycan dəmir yolu əlaqəsinin bərpası ilə bağlı müsbət anlaşma formalaşıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Mən əvvəlki təcrübəni nəzərə alaraq, hələlik dəqiq məlumat verməyə tələsməyəcəyəm”, - Paşinyan Brüssel görüşünün nəticələrini şərh edərkən qeyd edib.