• SİYASƏT

    18:50 14 noyabr 2024

Paşinyanın Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə dediklərinin əsası yoxdur - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyana cavab verib.

ONA xəbər verir ki, XİN sözçüsü bununla bağlı “X” platformasında paylaşım edib.

Ayxan Hacızadə bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə ötən gün Parlamentdə dediklərinin əsası yoxdur.

XİN sözçüsü qeyd edib ki, Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR