Bu gün AXCP sədri Əli Kərimli Binəqədi rayon Polis İdarəsinə aparılıb.
ONA-nın məlumatına görə, polis əməkdaşları bu gün Müsavat Partiyasının qərargahında keçirilən “Həmrəylik marafonu”na qatılan Ə. Kərimlini bir neçə tərəfdarı ilə birlikdə Binəqədi rayon Polis İdarəsinə aparıb. Bundan başqa, polis Müsavat Partiyasının qərargahını boşaldıb.
Binəqədi rayon Polis İdarəsində ona icazəsiz yürüş təşkil etmək cəhdi ilə bağlı xəbərdarlıq edilib.
Xəbərdarlıq edildikdən sonra Ə. Kərimli sərbəst buraxılıb.