Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
ONA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağı Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, Polşa Prezidenti yola düşməzdən əvvəl Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib.