• SİYASƏT

    18:17 31 may 2019

Andjey Duda: “Polşa memarları tərəfindən Bakıda yaradılan abidələrə bu gün xüsusi qayğı göstərilir”

“Biz polşalılar tarixən Azərbaycanda olmuşuq. Uzun illər ərzində, - mən bunu xüsusi qeyd etmək istəyirəm, - demək olar ki, yüz ildən də çox əvvəl Polşa memarları Azərbaycanda yaşayıblar, yaradıblar”.

ONA-nın məlumatına görə, bunu bu gün Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyev ilə sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

A. Duda deyib ki, bir çox polyaklar, Polşanın ziyalı dairələrinin təmsilçiləri də burada olublar: “Burada mən Polşa memarlarını xüsusi qeyd etmək istəyirəm. Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir. Buna görə mən Sizə təşəkkürümü bildirirəm ki, bu gün biz, həmçinin Bakının mərkəzində Polşa memarlarının adını daşıyan küçəni açacağıq. Küçənin adı da çox böyük rəmzi məna daşıyır. Hesab edirəm ki, obrazlı desək, Polşa memarlarının xatirəsi bir daha əbədiləşdiriləcək. Hörmətli cənab Prezident, demək istəyirəm ki, bu binaları seyr edərkən bizim qəlbimizdə nostalji fikirlər yaranır. Çünki İkinci Dünya müharibəsi zamanı alman faşistləri bizim şəhərlərimizin tarixi abidələrini dağıtmışdılar. Biz həmin mirası yenidən bərpa etməkdə müəyyən çətinliklərlə üzləşdik. Lakin Bakıda bu abidələr çox yüksək səviyyədə qorunub saxlanıb. Mən bunu bu gün böyük fərəh hissi ilə qeyd edirəm. Bu gün Bakıda – Azərbaycanın paytaxtında olarkən, qeyd edirəm ki, Sizin çox qiymətli tarixi mirasınız var. Bu mirasın yaradılmasında Polşa memarları da iştirak ediblər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR