Polşa prezidenti Anjey Duda mayın 30-da Azərbaycana rəsmi səfər edəcək.
ONA-nın əldə etdiyi məlumata görə, mayın 31-də rəsmi görüşlər olacaq.
Anjey Duda Polşa-Azərbaycan biznes forumuna da qatılacaq.
Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.
Səfər mayın 31-də başa çatacaq.