• SİYASƏT

    20:38 13 iyun 2019

Portuqaliyanın Milli Günü Bakıda qeyd olunub

Bakıda Portuqaliyanın Milli Günü qeyd olunub.

ONA-nın məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, gənclər və idman naziri Azad Rəhimov və digər hökumət nümayəndələri iştirak edib.

Portuqaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paula Da Silva Portuqaliyanın Milli Gününü Azərbaycanda qeyd etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb. O bildirib ki, portuqal xalqı Avropanın ən qədim xalqlarındandır. Onun sözlərinə görə, portuqal dili 5 qitədə 300 milyon tərəfindən danışılır və poeziya, innovasiya və elm dili hesab olunur.

Səfir qeyd edib ki, son illərdə Portuqaliyanın ümum daxili məhsulu (ÜDM) 7 faiz artıb. O, həmçinin Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edərək hər kəsi Portuqaliyaya səfər etməyə dəvət edib: "Portuqaliya Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini alqışlayırıq".

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Portuqaliya xalqını Azərbaycan hökuməti və xalqı adından təbrik edib. A.Rəhimov bildirib ki, Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələr 1992-ci il avqustun 4-də yaradılıb.

Nazirin sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir: "Azərbaycan Portuqaliya ilə ikitərəfli əlaqələrin inkişafına yüksək önəm verir. Azərbaycan Portuqaliyanın ölkənin ərazi bütövlüyünü dəstəkləməsini və Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləməsini yüksək qiymətləndirir. Son illər ölkələrimiz arasında turizm, mədəniyyət və ticarət sahələrində əməkdaşlıq genişlənir. Əminəm ki, əlaqələrimiz gələcəkdə daha da güclənəcək".

A.Rəhimov əlavə edib ki, iki ölkə arasında ticarətin olmasına baxmayaraq bu sahədə görüləsi işlər çoxdur.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR