"XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir".
ONA-nın məlumatına görə, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
H.Hacıyev qeyd edib ki, 1 sentyabr 1939-cu ildə tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb: "XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasətdən və təfəkkürdən əziyyət çəkir".