Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın etimadnaməsini qəbul edib.
ONA xəbər verir ki, səfir Serxio Osvaldo Perez Qunella fəxri qarovul dəstəsinin qarşısından keçib.
Serxio Osvaldo Perez Qunella etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. O, Azərbaycanla Argentina arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi və iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərin inkişafında ölkələrimizin qarşılıqlı şəkildə səfirliklərinin fəaliyyət göstərməsinin rolunu vurğulayaraq, Serxio Osvaldo Perez Qunellanın səfirlik fəaliyyəti dövründə onun Azərbaycanın müvafiq strukturlarının nümayəndələri ilə əməkdaşlığın genişlənməsi baxımından səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək, Argentina şirkətlərinin də Azərbaycanda işləyəcəklərinə ümidvar olduğunu bildirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Serxio Osvaldo Perez Qunella səfir kimi fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət və investisiyanın genişləndirilməsindən ibarət olduğunu bildirdi və bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə energetika, biznes, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Saat 10:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunellanın etimadnaməsini qəbul edib.
ONA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.