• SİYASƏT

    13:10 10 oktyabr 2022

Prezident: Azərbaycan və Britaniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur

“Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq - ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var”.

ONA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən bildirib. Dövlət başçısı deyib ki, bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir:

“Lakin, bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var. Ümumilikdə, biz tərəfdaşlığımızın səviyyəsindən olduqca məmnunuq. Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR