• SİYASƏT

    15:11 29 may 2019

Dövlət başçısı: “Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir”

“Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxış edərkən deyib.

Ölkə başçısı bidlirib ki, Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılıb və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur: “Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılıb. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlayıb. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılıb və addımlar atılıb”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR