• SİYASƏT

    18:12 18 iyul 2020

Prezident İlham Əliyev Andjey Dudanı yenidən Polşa Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.

ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Polşa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Polşa əlaqələri müvəffəqiyyətlə inkişaf edir. İnanıram ki, bundan sonra da xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR