• SİYASƏT

    22:07 8 oktyabr 2019

Prezident İlham Əliyev: “Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz”


“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında sakinlərlə söhbəti zamanı bildirib.


Dövlət başçısı vurğulayıb ki, ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz: “Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR