Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib.
ONA xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.
Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.