Prezident İlham Əliyev Qırğız Respublikası və Malayziyanın dövlət başçılarını təbrik edib
  • SİYASƏT

  • 17:54 30 Avqust 2019

Prezident İlham Əliyev Qırğız Respublikası və Malayziyanın dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

ONA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm”.

Dövlət başçısı, həmçinin Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billahı da bu ölkənin milli bayramı-Müstəqillik Günü münasibətilə təbrik edib.

OXŞAR XƏBƏRLƏR