Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib
  • SİYASƏT

  • 13:30 03 İyun 2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

ONA xəbər verir ki, dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev  Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Azərbaycan Prezidenti Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR