Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini bu ölkənin milli bayramı nümasibəti ilə təbrik edib.
ONA-nın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Dost Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcək və genişlənəcək.
Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".