• SİYASƏT

    19:38 24 dekabr 2020

Prezident İlham Əliyevin 50 yaşını qeyd etdiyi qəsəbədən REPORTAJ - VİDEO

24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Qalib Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanının doğum günündə yolumuz Ağcabədidə yerləşən Laçın obalarınadır.

Təəccübləndiniz, deyilmi? O zaman yadınıza salaq - 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olan Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edərək, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmişdi.

O tarixdən artıq doqquz il keçir. Ötən bu müddət ərzində Azərbaycanın da, Prezidentin də, onunla görüşən məcburi köçkünlərin də statusu dəyişib. İndi cənab İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə artıq məcburi köçkün deyillər.

Həmin görüşdə iştirak edən ailələrdən biri də Laçın rayonunun Mişnə kəndindən olan, hazırda Taxtakörpü qəsəbəsinin Mişnə obasında yaşayan Həsənovlar ailəsidir. Yusif Həsənov həmin günü belə xatırlayır: “50 yubiley yaşıdır. Onu Laçın camaatı ilə keçirməsi - bu qəsəbəyə bundan artıq nə hörmət ola bilər? Onun bizlərlə, bu qaçqınlarla bərabər bir yerdə olmağı doğrudan da nə qədər qiymətlidir. Onu biz nə cür unuda bilərik, onu nə cür qiymətləndirməyə bilərik? Bu cür sadə bir insan hörmətli xanımı ilə bərabər burada oldu. Görüşdə söhbət də elədik. Çox yaxından tanış oldu. Yaxından dindirdi insanları. Dedi, bəlkə imkan vermirlər fikirlərinizi bildirəsiniz”.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın laçınlı köçkünlərlə görüşünə Yusif baba həyat yoldaşı Təyyarə xanımla getmişdi. Təyyarə nənə deyir ki, Prezident gəlib gedəndən sonra qəsəbədə yüzlərlə laçınlı ailəyə ev inşa olundu, yollar çəkildi. Uzun illər əziyyət çəkdikləri su problemi həll olundu, məktəblər tikildi: “Hələ mənim oğlum qurban deyib ordumuza, üç dənə qurban kəsəcəyəm. Laçına gedək, toxtayaq, onda üç dənə qurban kəsəcəyəm”.

Ali Baş Komandan elə həmin görüşdə laçınlı məcburi köçkünlərə demişdi ki, mən sizin öz evlərinizə qayıtmağınız üçün çalışıram və əmin olun ki, bu baş tutacaq: “Allah Prezidentimizin canın sağ eləsin. Buna böyük qələbə demək olmur e, böyük bir möcüzədir. Bunu fikirləşən ağıl, bu planı cızan, bu işi hazırlayan, bu ordunu hazırlayan, bu qüvvəni verən bu insanları səfərbər edən, bu insanlarda bir insana qarşı hörmət, məhəbbət arxasınca getmək. Doğrudan da möcüzədir də…”

Bəli, Prezident İlham Əliyev doqquz il əvvəl doğum gününü birlikdə qeyd etdiyi laçınlı məcburi köçkünlərə və bütövlükdə Azərbaycan xalqına verdiyi sözü tutdu, vədini yerinə yetirdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR