Bu gün Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
ONA-nın məlumatına görə, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.