• SİYASƏT

    13:52 11 iyun 2019

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyası prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

ONA-nın məlumatına görə, görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulanıb, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirilib.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR