Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir, bu, bizim üçün əsas nəqliyyat dəhlizidir.
ONA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.
“Bu gün yeni layihələr də irəli sürülür. Bizim münasibətlər digər qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, bu yolla bundan sonra da uğurla gedəcəyik. Fürsətdən istifadə edərək gürcü xalqına sülh və əmin-amanlıq arzulayıram”, - dövlət başçısı vurğulayıb.