• SİYASƏT

    15:15 1 mart 2022

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, Prezidentin digər fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR