Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir.
ONA xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Əgər 3 il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsini qoymaqla – 5 gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”, - dövlət başçısı deyib.