Prezident İlham Əliyev Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Dominikan Prezidenti Danilo Medinanı təbrik edib.
ONA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm”.