Prezident İlham Əliyev Dünya Bankının Prezidentini təbrik edib
  • SİYASƏT

  • 15:44 08 Aprel 2019

Prezident İlham Əliyev Dünya Bankının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Dünya Bankının Prezidenti Devid Malpassa təbrik məktubu göndərib.

ONA xəbər verir ki, məktubda deyilir: “Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram”.

Gülşən Hacıyeva

Teqlər: İlham Əliyev təbrik bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR