Prezident İlham Əliyev Efiopiya və Keniya prezidentlərinə başsağlığı verib
 - [color=red]YENİLƏNİB[/color]
  • SİYASƏT

  • 17:33 11 Mart 2019

Prezident İlham Əliyev Efiopiya və Keniya prezidentlərinə başsağlığı verib - YENİLƏNİB

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı verib.

ONA-nın xəbərinə görə, başsağlığı məktubunda bildirilir: “Hörmətli xanım Prezident,

“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya da başsağlığı verib: Başsağlığında deyilir: “Hörmətli cənab Prezident,

“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

Gülşən Hacıyeva

Teqlər: İlham Əliyev Efiopiya başsağlığı

OXŞAR XƏBƏRLƏR