• SİYASƏT

    23:25 31 mart 2019

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

ONA-nın xəbərinə görə, dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR