• SİYASƏT

    14:00 25 fevral 2019

Prezident İlham Əliyev: “Gələcəkdə minimum əməkhaqları və pensiyalar artırılacaq”

“Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz”.

ONA-nın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev Prezident yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Azərbaycan prezidentinin sözlərinə görə, müvafiq göstərişlər verilib ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın: “İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq. Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR