“Hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanır”.
ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, ölkədə aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Prezident İlham Əliyev ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb: “Son 15 ildə ölkədə 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı 10 milyona çatıb. Bu da qarşıda yeni vəzifələr qoyub. Bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq”.
Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlət başçısı Azərbaycan vətəndaşlarını əmin edib ki, dövlət hər zaman onların yanında olacaq.