Prezident İlham Əliyev İraq Prezidenti Bərham Salehə başsağlığı verib.
ONA-nın məlumatına görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident!
Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"