• SİYASƏT

    17:55 16 mart 2019

Prezident İlham Əliyev İrlandiyanın Prezidentini təbrik edib

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik ünvanlayıb.

ONA xəbər verir ki, təbrikdə deyilir: “İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR