• SİYASƏT

    14:44 16 iyun 2023

Prezident İlham Əliyev İtaliya səfirliyində olub, Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.

ONA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəlib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR