• SİYASƏT

    15:11 15 mart 2019

Prezident İlham Əliyev Kral Faysal Mərkəzinin İdarə Şurasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

ONA xəbər verir ki, Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal qəbula görə minnətdarlığını bildirib. O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd edib və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu deyib. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirib və bildirib ki, Bakı qədim və müasir arxitekturanı özündə birləşdirən çox gözəl bir məkandır.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğulayıb. Dövlət başçısı Turki Al Faysal ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını bildirib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin əhəmiyyəti qeyd olunub.

***

12.42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR