Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə başsağlığı verib.
ONA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: “Əlahəzrət, atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, Lüksemburqun böyük hersoqu Jan aprelin 23-də 98 yaşında vəfat edib. Böyük hersoq Jan 1964-2000-ci illərdə ölkəyə rəhbərlik edib. 2000-ci ildə taxtı oğlu Anriyə təhvil versə də bütün titullarını özündə saxlayıb.