Prezident İlham Əliyev Norveç Kralını təbrik edib
  • SİYASƏT

  • 16:40 16 May 2019

Prezident İlham Əliyev Norveç Kralını təbrik edib

Prezident İlham Əliyev Norveç Kralı Əlahəzrət V Haraldı Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik edib.

ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

 

OXŞAR XƏBƏRLƏR