Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
ONA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.