• SİYASƏT

    12:31 23 oktyabr 2024

Prezident İlham Əliyev Rusiyaya səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

Bu barədə APA-nın Kazana ezam olunmuş əməkdaşı xəbər verir.

Dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.

Prezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlibPrezident İlham Əliyev Rusiyaya səfərə gəlib

ONA

Teqlər:

SON XƏBƏRLƏR