Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib.
ONA Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Qasım-Jomart Tokayevi Prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.