• SİYASƏT

    17:18 26 aprel 2019

Prezident Niderland kralını, CAR və Syerra-Leone prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Əlahəzrət Villem-Aleksanderi bu ölkənin milli bayramı – Kral Günü münasibəti ilə təbrik edib.

ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Prezident İlham Əliyev həmçinin Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bionu bu ölkənin milli bayramı – Müstəqillik Günü, Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı həmin ölkənin milli bayramı – Azadlıq Günü münasibətilə təbrik edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR